...

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti

Gündəm Materials 24 Aprel 2019 17:52 (UTC +04:00)
Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb.
Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti

Bakı. Samir Əli - Trend:

Formula 1 yarışlarının keçiriləcəyi günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 15-20, axşam 14 dərəcə isti təşkil edəcək.

Aprelin 27-də də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu səhər 11-13, gündüz 17-20, axşam 15 dərəcə isti olacaq.

Aprelin 28-də yağmursuz hava şəraiti olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturunun səhər 12-14, gündüz 19-23, axşam 16 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti