...

Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI

Gündəm Materials 21 May 2019 10:03 (UTC +04:00)
Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.
Bakıda 4 qəsəbədə iki gün su olmayacaq - SİYAHI

Bakı. Trend:

Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində rayonun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələri və Qaraçuxur qəsəbəsinin bəzi hissələrinə) içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti