...

"Ekologiya postu"nun yaxınlığında qəza - "TIR" iki "Mercedes"lə toqquşdu (VİDEO)

Hadisə Materials 22 May 2019 11:54 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

Trend-in məlumatına görə, qəza ötən axşam üzü Sumqayıt istiqamətində, "Ekologiya postu"nun yaxınlığında qeydə alınıb. "Mercedes" markalı 90-JK-709 dövlət qeydiyyat nişanlı "TIR" iki minik avtomobili olan "Mercedes" ilə toqquşub.

Nəticədə minik maşınları yük maşını və dəmir arakəsmələr arasında sıxılıb qalıb və yararsız vəziyyətə düşüblər. Hadisə yerinə DYP əməkdaşları da cəlb olunublar, onlar yolda yaranmış tıxacı aradan qaldırmağa çalışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti