...

"Vega-C" raketi Cənubi Koreyanın Yer müşahidə peykini orbitə çıxarıb

Dünya xəbərləri Materials 2 Dekabr 2025 00:42 (UTC +04:00)
"Vega-C" raketi Cənubi Koreyanın Yer müşahidə peykini orbitə çıxarıb

Bakı. Trend:

Dekabrın 1-də Avropanın "Vega-C" raket daşıyıcısı Yer səthinin yüksək dəqiqlikli görüntülərini təqdim edəcək Cənubi Koreyanın "KOMPSAT-7" optik peykini uğurla orbitə çıxarıb.

Trend-in məlumatına görə, bu barədə "Arianespace" operator şirkəti bildirib.

"Ayrılma təsdiqlənib. "KOMPSAT-7" peyki "VV28" missiyası çərçivəsində "Vega-C" raketi ilə orbitə uğurla buraxılıb", - deyə qeyd olunub.

Qeyd edək ki, dörd mərhələli raket Fransa Qvianasındakı Kuru kosmodromundan yerli vaxtla saat 14:21-də buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti