...

Mərkəz rəhbəri: Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ tarixi abidəsi ilə bağlı məsələ Gürcüstan tərəfindən şişirdilir

Gündəm Materials 22 May 2019 12:47 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ tarixi abidəsi ilə bağlı məsələ Gürcüstan tərəfindən şişirdilir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Tarix Mərkəzinin rəhbəri Rizvan Hüseynov deyib.

Mərkəz rəhbəri bildirib ki, bu məsələ dövlət səviyyəsində həll olunsa da, Gürcüstan mətbuatı bunu yenidən gündəmə gətirib: "Məsələ ən yaxşı variantda həll olunub. Protokola görə, Azərbaycan ərazisinə keçmək üçün rəsmi razılıq alınmalıdır. Həmin abidələrdə aşınma var və mağaralar təbii proses nəticəsində tədricən dağılır".

R.Hüseynov qeyd edib ki, gürcü mətbuatı və bəzi xarici ölkə mediası məsələni şişirtdi: "Belə bir formada münaqişə yaratmaq nə Gürcüstan, nə də Azərbaycanın maraqlarına uyğun deyil. Bu, yalnız üçüncü tərəfin marağındadır. Ümid edirik ki, Gürcüstan tərəfi öz mətbuatında ayrı-ayrı şəxslərin Azərbaycana qarşı kompaniyasını dayandıracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti