...

Tərcümə Mərkəzinin fəaliyyətinə bundan sonra yalnız Nazirlər Kabineti nəzarət etməyəcək

Gündəm Materials 9 İyul 2019 09:43 (UTC +04:00)
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinə nəzarətlə bağlı qaydalarda dəyişiklik edilib.
Tərcümə Mərkəzinin fəaliyyətinə bundan sonra yalnız Nazirlər Kabineti nəzarət etməyəcək

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinə nəzarətlə bağlı qaydalarda dəyişiklik edilib.

Trend-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edib.

Nizamnamənin indiyədək olan variantına görə, Mərkəzin fəaliyyətinə nəzarəti təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti həyata keçirirdi. Yeni dəyişikliyə görə isə Mərkəzin fəaliyyətinə nəzarəti təsisçinin səlahiyyətləri çərçivəsində Nazirlər Kabineti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.

Nizamnaməyə edilən digər dəyişikliyə görə, İdarə Heyəti əməkdaşların fəaliyyəti zamanı maraqlar münaqişəsinin istisna olunmasının qayda və şərtlərini müəyyən edə bilsə də onların icrasına nəzarət edə bilməyəcək. İndiyədək isə bu nəzarət funksiyası da mərkəzin İdarə Heyətinin vəzifələrinə aid idi.

Nizamnaməyə edilən digər əlavəyə görə, Mərkəzin fəaliyyət istiqamətləri ilə bağlı məşvərətçi komitələr və işçi qruplar yaradılır. İdarə Heyətinin üzvləri onun iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsi ilə müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti