...

Mərkəz: Zaqataladakı zəlzələ ətraf rayonlarda 5 bala qədər hiss olunub (YENİLƏNİB)

Gündəm Materials 10 Avqust 2019 13:11 (UTC +04:00)
Azərbaycanın Zaqatala rayonunda zəlzələ baş verib.
Mərkəz: Zaqataladakı zəlzələ ətraf rayonlarda 5 bala qədər hiss olunub (YENİLƏNİB)

Bakı. İlhamə İsabalayeva - Trend:

Yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

XXX

11:58

Azərbaycanın Zaqatala rayonunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, zəlzələ saat 11:35-də Zaqatala stansiyasından 17 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,9, dərinliyi 2 km olub.

Zəlzələ hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti