...

Bakıda yol qəzası - Aeroport yolunda sıxlıq yaranıb (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2019 20:49 (UTC +04:00)
Bir qədər əvvəl Heydər Əliyev prospekti-Hava limanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib
Bakıda yol qəzası - Aeroport yolunda sıxlıq yaranıb (FOTO)

Bakı. Trend:

Bir qədər əvvəl Heydər Əliyev prospekti-Hava limanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

İlkin məlumata görə, "Baku Expo Center"in qarşısında yük maşını minik avtomobili ilə toqquşub. Qəza səbəbindən hazırda avtomagistralda sıxlıq müşahidə edilir.

Yolun bu hissəsində zolaqlar üzrə sürət həddi də endirilib.

BNA bir daha sürücülərin bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti