...

Qusarda 15 yaşlı qız dəm qazından boğulub öldü

Gündəm Materials 9 Dekabr 2019 09:40 (UTC +04:00)
Qusar rayonunda azyaşlı dəm qazından boğulub.
Qusarda 15 yaşlı qız dəm qazından boğulub öldü

Bakı. Samir Əli - Trend:

Qusar rayonunda azyaşlı dəm qazından boğulub.

Trend-in məlumatına görə, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30-da baş verib.

Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü Niftəliyeva Dursun Vahid qızı yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğulub.

Onun meyiti anası Əmayə Niftəliyeva tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti