Bakı. Samir Əli - Trend:
Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəyə yeni rəis təyin edilib.
Trend-in məlumatına görə, Baş prokuror Zakir Qaralovun əmri ilə baş ədliyyə müşaviri Orxan İsayev Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə faktı təsdiqləyib.
Qeyd edək ki, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsində daha əvvəl III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Cəfərov çalışıb. O, başqa işə keçirilməklə əlaqədar işdən çıxarılıb.