...

"Azərbaycan Dəmir Yolları" təmassız yükdaşımaya başlayır (FOTO/VİDEO)

Gündəm Materials 13 Aprel 2020 17:04 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" təmassız yükdaşımaya başlayır (FOTO/VİDEO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə müəssisəsi - "ADY Konteyner" MMC koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yükdaşımada təmassız keçidi təmin etmək üçün bu gündən fider tipli Balkan gəmisinin istifadəsinə başlayır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Conteyner" MMC-nin direktoru Natiq Cəfərov deyib.

Onun sözlərinə görə, 120 TEU tutumu olan bu gəmi ilə Türkiyədən Azərbaycan ərazisi ilə Orta Asiya ölkələrinə konteyner yükləri daşınacaq: "Türkmənistan, Qırğızıstan, Özbəkistan və Əfqanıstan üzərindən yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulmuş fider tipli Balkan gəmisi həftədə bir dəfə fəaliyyət göstərəcək. Daşınan yükün həcmi artarsa, bu gəminin həftədə iki dəfə istifadəsi nəzərdə tutulur. Prosesə "ADY Konteyner"lə yanaşı, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Türkiyənin logistika mərkəzi dəstək verir".

N.Cəfərov əlavə edib ki, növbəti mərhələdə Türkiyənin İstanbul şəhərinin Dərinci limanından, eləcə də Mersin limanından qatarlar Bakı Limanına gətirilərək gəmilərə yüklənəcək, onlar Orta Asiyaya daşınacaq.

Direktor fider tipli Balkan gəmisinin post koronavirus dövründə fəaliyyət göstərməsi imkanlarına da münasibət bildirib: "Hələ ki, bu gəmidən istifadə pandemiyasının yükdaşıma sahəsinə mənfi təsirinin azaldılması istiqamətində görülmüş tədbir sayılır. Konteynəşdirmə prosesi davam etdikcə gəminin istifadəsi daimi xidmət xarakteri daşıyacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti