...

Mayın 10-dan yuxarı sinif şagirdləri üçün tədris başlayır? - Nazirlik açıqlama verdi

Gündəm Materials 18 Aprel 2020 10:57 (UTC +04:00)
Mayın 10-dan yuxarı sinif şagirdləri üçün tədris başlayır? - Nazirlik açıqlama verdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi mayın 10-dan orta ümumtəhsil müəssisələrində təhsil alan yuxarı sinif şagirdləri üçün tədrisin başlanılacağı barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə bildirib ki, mayın 10-dan yuxarı sinif şagirdləri, yəni 9, 10 və 11-ci sinif şagirdləri üçün orta məktəblərdə tədrisin başlanılacağı barədə hər hansı qərar verilməyib:

"Təhsil Nazirliyində belə bir məlumat yoxdur. Bu barədə qərarın verilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir. İnsanları yalnız rəsmi mənbələrin məlumatlarına inanmağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti