...

Yaqut Qarayeva: Rayonlarda insanlar sanki virus yoxmuş kimi hərəkət edirlər

Gündəm Materials 20 İyun 2020 11:11 (UTC +04:00)
Yaqut Qarayeva: Rayonlarda insanlar sanki virus yoxmuş kimi hərəkət edirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

Maskanı taxmağa hər kəs riayət etməlidir, hər kəs özü başa düşməlidir ki, hansısa dövlət strukturunun, həkimin xatirinə deyil, özünün sağlamlığı üçün maskalardan istifadə edilməlidir.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, əgər hər kəs qaydalara əməl edərsə, yoluxma zəncirində qırılma ola bilər:

“Önümüzdəki aylarda bizim maskasız həyatımız olmayacaq. Sərt karantin qaydalarında yumşaldılmaya gedən Avropa ölkələri də bu yoldan istifadə edirlər. Bakıda bəlkə də insanlar maskalardan istifadə edirlər. Rayonlarda sanki insanlar virus yoxmuş kimi hərəkət edirlər. Biz buna təəssüflənirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti