Bakı. Ceyhun Ələkbərov- Trend:
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə ölkədə üçüncü Şollar su kəməri çəkilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bu barədə "Azərsu ASC"-nin layihələndirilmə departamentinin rəisi Bahadur Kəngərli su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı haqqında qaydalar və tədbirlər barədə danışan zaman bildrib.
Onun sözlərinə görə, əlavə tədbirlər planında alternativ su mənbələrinin araşdırılması və istismara alınması üçün xüsusi tədbirlər nəzərdə tutulub ki, bu da üçüncü Şollar kəmərinin tədqiqatı və layihələndirilməsini əhatə edir:
"Bu tədbir gələcəkdə Abşeron yarımadası, Bakı, Sumqayıt şəhərləri və Xırdalan şəhərinin su təminatında sabitliyin təmin olunması üçün daha bir iri layihələrdən hesab oluna bilər".