...

Monteneqro Azərbaycan üçün sərhədləri açır

Gündəm Materials 6 Avqust 2020 16:59 (UTC +04:00)
Monteneqro Azərbaycan üçün sərhədləri açır

Bakı. Trend:

Monteneqro avqustun 7-dən etibarən Azərbaycan üçün sərhədləri açacaq.

Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin bugünkü iclasında qərar verilib.

Bir neçə gün əvvəl Monteneqro epidemioloji baxımdan təhlükəsiz ölkələrin “yaşıl siyahı”sını tərtib etmişdi. Bu siyahıya Avropa İttifaqı ölkələri ilə yanaşı, Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və digər ölkələrin də adları salınmışdı.

Bu ölkələrin vətəndaşları avqustun 7-dən etibarən mənfi koronavirus testi barədə arayış təqdim etməklə Monteneqroya səfər edə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti