...

Bakıda parkda COVİD-19-a yoluxmuş xəstə aşkarlanıb

Gündəm Materials 25 Avqust 2020 10:41 (UTC +04:00)
Bakıda parkda COVİD-19-a yoluxmuş xəstə aşkarlanıb

Bakı. Samir Əli - Trend:

Paytaxtın Sabunçu rayonunda COVİD-19 infeksiyasına yoluxmuş xəstə müəyyən olunub.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən Maştağa qəsəbəsində qəsəbə sakini, 1989-cu il təvəllüdlü Anar Cəfərov vətəndaşların intensiv hərəkət etdiyi istirahət parkında aşkar olunub.

Covid-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb, ona digər şəxslərlə təmasda olmaması üçün tövsiyələr verilməklə, müalicəsini davam etdirmək üçün müvafiq ünvana yerləşdirilib.

Qeyd olunan hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti