Bakı. Samir Əli - Trend:
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) baş verən qanunsuzluqla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib.
Məlumatda qeyd edilib ki, cinayət işinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.