...

Qida əlavələrinin idxalı ilə məğul olan sahibkarlarla görüş olub

Gündəm Materials 19 Sentyabr 2020 12:00 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin iştirakı ilə bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı ilə məşğul olan sahibkarlıq subyektləri ilə videokonfrans formatında görüşü keçirilib.

AQTA-dan Trend-ə verilən məlumata görə, görüş çərçivəsində sahibkarlara maarifləndirici məlumatlar və metodiki tövsiyələr verilib.

Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında “Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz” ifadəsi qeyd edilməlidir. Həmçinin bioloji fəallığa malik qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər, lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi məqsədilə təyin olunan dərman vasitələrini əvəz etmir. Bu tələblərdən irəli gələrək, BFMQƏ-nin istifadə təlimatında hər hansı xəstəliyin adı və ya onun profilaktikası və müalicəsi məqsədilə istifadə edilməsi barədə məlumat və ya bu cür təəssürat yaradan ifadələrin göstərilməsinə yol verilmir.
Görüşdə sahibkarların diqqətinə çatdırıb ki, bioloji fəallığa malik qida əlavələrinə dair ekspertizaya təqdim edilmiş sənədlərdə və məlumatlarda dəyişiklik baş verdikdə ərizəçi həmin qida əlavələrinin müəyyən edilmiş tələblərə uyğun olaraq yenidən ekspertizadan keçirilməsi üçün müraciət etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti