...

Bakıda və Neftçlada özəl tibb mərkəzinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

Gündəm Materials 22 Sentyabr 2020 17:21 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Prokurorluq orqanları tərəfindən cəmiyyətimiz üçün aktuallığı ilə seçilən problemlərin həllinə xüsusi diqqətin göstərilməsi, hüquqpozmaların qarşısının alınması və baş vermiş qanun pozuntularının araşdırılaraq müvafiq qanuni tədbirlərin görülməsi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi, insanların səhhətinin lazımi şəkildə qorunması və bu xidmətlərin göstərilməsi zamanı sağlamlıqlarına zərər vurulmasının qarşısının alınması prioritet məsələlərdən biridir.

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Nərimanov və Neftçala rayon prokurorluqları ilə birlikdə apardığı araşdırmalar nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının və Neftçala rayonunda yerləşən “ES studio” özəl tibb mərkəzinin qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilmişdir.

Aparılmış araşdırma nəticəsində həmin müəssisələr və onların vəzifəli şəxsləri barədə inzibati xəta haqqında icraatlar başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmə və səlahiyyətli qurumlara göndərilmiş, onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə” və “lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma” inzibati xətalarına görə məsuliyyətə cəlb olunaraq məhkəmənin müvafiq qərarları ilə inzibati qaydada cərimə edilmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti