...

Medianews.az saytının 8 yaşı tamam olur

Gündəm Materials 23 Sentyabr 2020 11:49 (UTC +04:00)
Medianews.az saytının 8 yaşı tamam olur

Bakı. Trend:

Bu gün Medianews.az saytının 8 yaşı tamam olur.

Trend-in məlumatına görə, 2012-ci ildə media aləminə qədəm qoyan Medianews.az saytı hər zaman doğru, dolğun, dəqiq və operativ şəkildə paylaşdığı informasiya ilə öz izləyici kütləsini qazanıb.

Sosial, ictimai, mədəni, siyasi, iqtisadi Azərbaycanda və dünyada baş verən bütün yenilikləri oxuculara çatdıran sayt, sosial məsələlərin işıqlandırılmasına da daim həssaslıqla yanaşıb.

Bu ötən illər ərzində oxucularına hər zaman aktual məsələlərə dair xəbərləri çatdırmağa çalışıb. Gündəlik 18-20 min ziyarətçisi olan saytda ölkənin tanınmış yazarlarının məqalələri dərc edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti