Bakı. Trend:
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Foduna yardımlar gəlməkdə davam edir.
Trend-in məlumatına görə, Azərbaycan vətəndaşları, ölkədə fəaliyyət göstərən iri şirkətlər Fonda yardımlarını davam etdirir.
Ölkədə kifayət qədər nüfuza malik "Metak" şirkəti də dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək verməkdə davam edir. Şirkət Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürüb.