Bakı. Trend:
Ermənistan Azərbaycanın mülki əhalisini və infrastrukturunu hədəf almaqda davam edir.
Trend-in məlumatına görə, atılan raketlər Mingəçevirdə enerji blokunun yaxınlığına düşüb, lakin partlamayıb.
Qeyd edək ki, Azərbaycanın sənaye şəhəri olan Mingəçevirə Ermənistan tərəfindən dörd ədəd "Toçka-U" ortamənzilli ballistik raket buraxılıb. İnfrastruktura ciddi ziyan dəyməyib, beş nəfər yaralanıb.