...

Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ziyan dəyib

Gündəm Materials 14 Oktyabr 2020 13:38 (UTC +04:00)
Düşmən təcavüzü nəticəsində daha 1 məktəbə ziyan dəyib

Bakı. Trend:

Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 14-də Erməni Silahlı Qüvvələri tərəfindən Tərtər rayonu və kəndləri ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib.

Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti