...

Kurslarda şagirdlərin tibbi maskadan istifadəsinə nəzarət edilməlidir

Gündəm Materials 16 Oktyabr 2020 11:35 (UTC +04:00)
Kurslarda şagirdlərin tibbi maskadan istifadəsinə nəzarət edilməlidir

Bakı. Samir Əli - Trend:

Gigiyena və Epidemologiya mərkəzləri təhsil müəssisələrini nəzarətdə saxlayır.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrinin İdaəretmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, mərkəz koronavirus ocaqları olan müəssisələrin hamısına nəzarət edir: “Təhsil və digər müəssisələrdə virus alovlanırsa, həmin müəssisə nəzarətə götürülür və tədbir görülür. Kursların davam etdirilməsinə gəlincə isə, hazırda kurslara gedən şagirdlər böyük yaşlılardır və onların maskadan istifadə etməsi mümkündür. Biz tövsiyə etmişdik ki, azyaşlı şagirdlər maskadan istifadə etməsin. Amma yuxarı siniflərin maskadan istifadəsi üçün heç bir problem yoxdur. Ona görə də kurslarda gigiyenik qaydalara və tibbi maskadan istifadəyə nəzarət olmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti