...

Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi

Gündəm Materials 29 Oktyabr 2020 14:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Pandemiyanın başlanmasından keçən 8 aydan artıq bir müddətdə göstərilən istiqamətlərdə Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji xidməti xəstəlik aşkar olunan yaşayış və iş yerlərində, kollektivlərdə səmərəli fəaliyyəti də xəstəliyin geniş yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlərinə öz töhfələrini verməkdədir.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib. O bildirib ki, xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərinin vaxtında həyata keçirilməsi də çox vacib əhəmiyyət kəsb edir: "Bu sahəyə də Səhiyyə Nazirliyinin xüsusi diqqəti sayəsində lazımi avadanlıq və vasitələr, habelə kifayət qədər işçi potensialı ilə təmin edilən dezinfeksiya xidməti tərəfindən mütəmadi həyata keçirilən bu tədbirlər haqqında da söhbət aparılıb.

Koronavirus infeksiyası yayıldıqca epidemik prosesin idarə olunması üçün həyata keçirilən tədbirlərin intensivliyi də artır. Səhiyyə Nazirliyinin Sanitariya Epidemioloji xidmətinin vahid strukturuna daxil olan qurumlarının COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyətinin təmin olunmasının ən vacib fəaliyyət istiqamətlərindən biridir: “Belə ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai-iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısının alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyətləri, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.

Vaqif Abdullayev hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların mövcudluğunun olduqca vacib olduğunu qeyd edib. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılması, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti