...

Azərbaycan Ordusu dünyaya hərb tarixi üçün dərs olacaq rəşadət ortaya qoyur - Ekspert

Gündəm Materials 6 Noyabr 2020 19:24 (UTC +04:00)
Azərbaycan Ordusu dünyaya hərb tarixi üçün dərs olacaq rəşadət ortaya qoyur - Ekspert

Bakı. Samir Əli - Trend:

Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi uğurlar Ermənistan silahlı qüvvələrinin uzun illərdən bəri yaratdığı mifi darmadağın edib.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmanquliyev deyib. O bildirib ki, son döyüşlər göstərdi ki, Ermənistanın müharibəyə ciddi hazırlığı olub: "Torpaqları azad etdikcə bunu açıq-aydın görmək olur. Onların hətta addımbaşı yeraltı tunellər qurması, minalanmış sahələr, milyardlarla dəyəri olacaq silahlanma, terrorist qüvvələrin Ermənistan silahlı qüvvələrinə daxil edilməsi - hamısı Ermənistanın müharibəyə hazırlaşdığını təsdiqləyir. Bu gün onlar artıq fərqindədir ki, Azərbaycan Silahlı Qüvvələri dünyaya hərb tarixi olaraq dərs ola biləcək bir rəşadət ortaya qoyub. Əldə olunmuş uğurlarımız var. Bir sıra rayon və kəndlərimiz işğaldan azad olunub. O cümlədən taktiki strateji yüksəkliklərimizin işğaldan azad olunması Ali Baş Komandanın qeyd etdiyi kimi, bütün işğal altındakı torpaqlarımızın son qarışına qədər azad olunacağı və Azərbaycan dövlət sərhədinin tam bərpa olunmasının bir nişanəsidir".

Hərbi ekspert bildirib ki, bu gün ordumuz əks-hücum əməliyyatlarını davam etdirir: "Azərbaycan Ordusuna başqa bir tapşırıq da verilib ki, torpaqlarımızın işğaldan azad edilməsi zamanı mülki əhaliyə qəti şəkildə zərər verilməsin. Bu gün Azərbaycan əsgəri əks-hücum əməliyyatlarını icra edərkən həm də mənəvi, insani, bəşəri dəyərlərə nə qədər sadiq olduğunu göstərməkdədir. Silahlı Qüvvələrimiz torpaqlarımızı azad edərkən legitim hərbi obyektləri və düşmənə məxsus canlı qüvvələri zərərsizləşdirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti