...

Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)

Gündəm Materials 3 Dekabr 2020 14:09 (UTC +04:00)
Gəncədə polis koronavirusla mübarizə tədbirlərini gücləndirdi (FOTO)

Bakı. Samir Əli - Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Gəncə şəhərində nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə bildiriblər ki, infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə Gəncə şəhər BPİ əməkdaşları nəzarət-profilaktik tədbirlər çərçivəsində ictimai yerlərdə, ictimai nəqliyyatda reydlər keçirir.

Polis əməkdaşları tərəfindən sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilir, bu qaydalara əməl etməyən şəxslərə xəbərdarlıq və digər intizam tənbeh tədbirləri tətbiq edilir.

Virusa yoluxma riskinin yüksək olduğu qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda, taksilərdə hərəkət iştirakçıları ilə fərdi profilaktik söhbətlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti