...

Avropa ölkəsində yemək üçün növbələr düzülür

Gündəm Materials 15 Dekabr 2020 08:13 (UTC +04:00)
Avropa ölkəsində yemək üçün növbələr düzülür

Bakı. Trend:

İtaliyanın ən böyük şəhərlərindən biri olan Milanda Katolik Milad bayramı ərəfəsində qida banklarının qarşısında növbələr düzülüb.

Trend-in Lenta.ru-ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirus pandemiyası zamanı pulsuz yemək almaq üçün gələnlərin sayı əhəmiyyətli dərəcədə artmaqda davam edir.

Hazırda qida banklarına gedənlərin çoxu yaxın keçmişdə iş adamı və ya bacarıqlı muzdlu işçi olublar, lakin şirkətlərin çoxunun bağlanması səbəbindən maddi sıxıntılarla qarşılaşıblar.

Milanın çətinliklərlə üzləşməsi faktı xüsusi vurğulanır. Uzun illər şəhər və yerləşdiyi Lombardiya bölgəsi İtaliya iqtisadiyyatının lokomotivi və ölkənin ümumi iqtisadi problemlərindən istisna sayılırdı.

İtaliya koronavirusun geniş miqyaslı yayılması ilə qarşılaşan ilk Avropa ölkəsi oldu. Yerli iqtisadiyyat böhrandan çox zərbə aldı və bu da mövcud problemləri, o cümlədən həddindən artıq borc yükünü daha da artırdı. Ölkənin, Avropa Komissiyası adından borclanmaqla yaradılan 750 milyard avroluq xüsusi fondu da daxil olmaqla, ümumavropa yardımının əsas alıcılarından biri olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti