...

Əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və qərəzli şərhlər yazılır - Nazirlik

Gündəm Materials 23 Dekabr 2020 14:20 (UTC +04:00)
Əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və qərəzli şərhlər yazılır - Nazirlik

Bakı. Trend:

Son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz zəfərə kölgə salan video kadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilir ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir:

"Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin edilməməsi ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb. Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti