Bakı. Samir Əli - Trend:
Pandemiya dövründə əlavə müraciət olmadan ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı açıqlanıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, ötən il ölkədə yaşaması leqallaşdırılmış əcnəbilərin sayı 59963 olub:
“25385 Gürcüstan, 23583 Rusiya, 3626 Türkiyə, 1736 Ukrayna, 835 Pakistan vətəndaşının, digər ölkələrdən isə 4795 nəfərin Azərbaycanda yaşaması leqallaşdırılıb”.