...

Füzulidəki aeroportun minalardan təmizlənməsi üçün azərbaycanlı mütəxəssislərə təlim keçiriləcək (FOTO)

Gündəm Materials 1 Fevral 2021 13:45 (UTC +04:00)
Füzulidəki aeroportun minalardan təmizlənməsi üçün azərbaycanlı mütəxəssislərə təlim keçiriləcək (FOTO)

Füzuli. Ceyhun Ələkbərov - Trend:

Füzulidə inşa edilən yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın AARDVARK şirkətindən mütəxəssis dəvət edilib.

Trend-in Füzulidəki müxbirinin verdiyi məlumata görə, şirkətin nümayəndəsi Devid Klark bildirib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:

“Gün ərzində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər”.

O qeyd edib ki, Azərbaycanda olduğu müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydalarını öyrədəcək:

“Təqribən 6-8 mütəxəssisə təlim keçiriləcək və sonda onlara sertifikatlar veriləcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti