...

Sintetik torlarının satışına qadağa qoyulması üçün müvafiq orqanlara müraciət edilib

Gündəm Materials 16 Fevral 2021 17:13 (UTC +04:00)
Sintetik torlarının satışına qadağa qoyulması üçün müvafiq orqanlara müraciət edilib

Bakı. İlhamə İsabalayeva – Trend:

Ov üçün istifadə olunan sintetik torlarının satışına qadağa qoyulması ilə bağlı müvafiq orqanlara müraciət edilib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Ekspert saatı” verilişində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bəzi hallarda bu torlar ölkəyə qaçaqmal yolu ilə gətirilir:
“Çünki onların istifadəsi birbaşa qadağandır. Bu torlar su hövzəsində yaşayan canlılar üçün təhlükəlidir. Bu istiqamətdə təbliğat-təşviqat işləri artrılımalıdır”.

H.Əlzadə qeyd edib ki, qanunsuz ov halları azalıb, vətəndaşlar qanuni yolla ova getməyə üstünlük verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti