...

Bu gün paytaxtın bu hissəsində su olmayacaq

Gündəm Materials 18 Fevral 2021 10:53 (UTC +04:00)
Bu gün paytaxtın bu hissəsində su olmayacaq

Bakı. Trend6

Bu gün gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC -dən Trend-ə verilən məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzadır. Qəza aradan qaldırılır.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti