...

10 avtomobil yük maşınına çırpılıb - 1 nəfər ölüb (FOTO/VİDEO)

Gündəm Materials 24 Fevral 2021 10:47 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakının Qaradağ rayonu ərazisində qarlı hava şəraiti zəncirvari qəzaya səbəb olub.

Trend-in məlumatına görə, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Yolda hərəkətdə olan yük maşını idarəetməni itirərək aşıb. Qəza nəticəsində 10- a yaxın avtomobil aşan yük maşınına çırpılıb.

Məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib, yolda avtomobillərin hərəkəti bərpa olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti