...

Paytaxt məktəblərində dərslərə davamiyyət kifayət qədər yüksəkdir - BŞTİ müdiri

Gündəm Materials 19 Mart 2021 11:43 (UTC +04:00)
Paytaxt məktəblərində dərslərə davamiyyət kifayət qədər yüksəkdir - BŞTİ müdiri

Bakı. İlhamə İsabalayeva - Trend:

Paytaxtın ümumi təhsil müəssisələrində əyani formada dərslərə davamiyyət kifayət qədər yüksəkdir.

Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, ümumi təhsil müəssisələrində ibtidai təhsil səviyyəsi üzrə 14 483 şagirdin, V-IX siniflər üzrə isə 12 125 şagirdin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Bu isə paytaxt üzrə ümumi şagird kontingentinin təxminən 5 faizi civarında dəyişən bir göstəricidir:

"Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182018, V-IX siniflərdə 199694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27122 uşaq cəlb olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti