...

Mart ayına dair pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Gündəm Materials 19 Mart 2021 21:10 (UTC +04:00)
Mart ayına dair pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.

Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti