...

Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)

Gündəm Materials 13 Aprel 2021 16:20 (UTC +04:00)
Paytaxtın bu yolunda hərəkətin təşkilində dəyişiklik edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakının Nəsimi rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, kəsişmədə Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib, Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib, və işıqfor obyektində daimi sağa bölməsi ləğv edilib.

"Bu dəyişikliklər kəsişmədə hərəkəti buraxma qabiliyyətini 25 % artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik" - deyə, BNA-dan bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti