...

Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)

Gündəm Materials 15 May 2021 13:27 (UTC +04:00)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti