...

Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası

Gündəm Materials 17 May 2021 14:33 (UTC +04:00)
Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası

Bakı. Elçin Mehdiyev – Trend:

Bu il Formula 1 yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq. Bu barədə Trend-ə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.

Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası, “Formula 1 Village” olmadığına görə bulvarın bağlanmasına ehtiyac olmayacaq.

Qeyd edək ki, əvvəlki yarışlar zamanı Dəmizkənarı Milli Park yarış müddətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletləri olan insanlar həmin əraziyə buraxılırdı.

Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti