Bakı. Trend:
Rusiyanın Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində silahlı azərbaycanlıların toplaşması barədə məlumatlar saxtadır və həqiqəti əks etdirmir.
Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin Novosibirsk vilayəti üzrə idarəsinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, qəsəbədə vəziyyət sakitdir və tam nəzarət altındadır.
Bundan əvvəl, 60-a yaxın silahlı azərbaycanlının qəsəbədə xəstəxananın yaxınlığında toplaşması barədə məlumatlar yayılmışdı.
Qeyd edək ki, bir neçə gün əvvəl Novosibirskdə polis əməkdaşı azərbaycanlı Vəkil Abdullayevi silahla yaralamışdı. Yaralı şəxs xəstəxanada həyatını itirmişdi.
Bir sıra mətbuat orqanları,V.Abdullayevin müalicə olunduğu xəstəxananın yaxınlığında onlarla silahlı azərbaycanlının toplaşdığını bildirmişdi.