...

İsmayıllıda heyvan kəsimi və ət satışı məntəqələrində reyd: İcrası məcburi göstərişlər verilib

Gündəm Materials 10 İyun 2021 16:05 (UTC +04:00)
İsmayıllıda heyvan kəsimi və ət satışı məntəqələrində reyd: İcrası məcburi göstərişlər verilib

Bakı. Samir Əli - Trend:

İsmayıllıda heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Trend-ə bildirilib ki, yoxlama zamanı ət satışının antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkar edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirmələri, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti