...

Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir

Gündəm Materials 25 İyun 2021 13:57 (UTC +04:00)
Gömrük Akademiyası magistratura səviyyəsinə qəbul elan edir

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasına 2021/2022-ci tədris ilində magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq iqtisadi hüquq” ixtisaslaşmasına qəbul aparılır.

Trend-in məlumatına görə, 2020/2021-ci tədris ilində magistratura səviyyəsinə qəbul Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” və Hüquqşünaslıq istiqaməti üzrə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmaları üzrə həyata keçirilib.

Akademiyada magistraturaya qəbul ilk dəfə 2019/2020-ci tədris ilində aparılıb.

Xəbər lenti

Xəbər lenti