...

Suriyanın şərqində ABŞ hərbçiləri atəşə tutulublar

Gündəm Materials 11 İyul 2021 04:35 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın şərqində ABŞ hərbçiləri bazaları ərazisində atəşə tutulublar.

Trend TASS-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən amerikanlar arasında itki olmayıb.

Bildirilir ki, hücum baş verən Deyr-ez-Zor vilayətində ABŞ hərbi bazasının yaxınlığında yerləşən "Konoko" qaz emalı zavodunda partlayış baş verib.

Hazırda partlayışın səbəbi və yerli sakinlər arasında itkilərlə bağlı məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti