...

Toyların keçirilmə qaydası ilə bağlı yeni sənəd təsdiqlənəcək

Gündəm Materials 14 İyul 2021 12:57 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunun tələblərinə uyğun olaraq "Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər"i təsdiq edəcək.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə xüsusi sanitar rejim tətbiq edilən sahələrin sayı artırılıb. Şənlik mərasimləri keçirilən obyektlər də bura əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti