...

Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb

Gündəm Materials 24 İyul 2021 15:20 (UTC +04:00)
Ağcabədidə karantin qaydalarını pozan restoran sahibi barəsində cinayət işi başlanılıb

Bakı. Trend:

Ağcabədi Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı Avşar kəndi ərazisində yerləşən “Kral” şadlıq sarayında keçirilən toy mərasimində qonaqların sayı normadan artıq olduğu aşkarlanıb.

Restorana cavabdeh şəxs olan M.Cəfərov bir neçə dəfə bu cür qayda pozuntusuna yol verdiyindən onun barəsində Ağcabədi RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılaraq araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti