...

İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir

Gündəm Materials 4 Avqust 2021 09:44 (UTC +04:00)
İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir

Bakı. Elçin Mehdiyev – Trend:

4 avqust müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti