...

İsmayıllıda parklanma qaydalarını pozan sürücülər cərimələnib (FOTO)

Gündəm Materials 8 Avqust 2021 15:07 (UTC +04:00)
İsmayıllıda parklanma qaydalarını pozan sürücülər cərimələnib (FOTO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlarla maarifləndirici söhbət aparılıb və bu kimi halların digər hərəkət iştirakçılarının da haqlı narazılığına səbəb olduğu diqqətə çatdırılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində cərimə protokolları tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti