...

Nizami və Xətai rayonlarında dezinfeksiya işləri aparılıb

Gündəm Materials 13 Avqust 2021 12:42 (UTC +04:00)
Nizami və Xətai rayonlarında dezinfeksiya işləri aparılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Son günlərdə ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artımla əlaqədar paytaxt Bakı şəhərində sakinlərin bu xəstəlikdən qorunması və onun yayılmasının qarşısının alınması üçün kompleks tədbirlər həyata keçirilir.

Trend-in məlumatına görə, tədbirlər çərçivəsində avqustun 13-də Bakı şəhərinin Nizami və Xətai rayonlarında genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Təsdiq edilmiş qrafikə uyğun olaraq kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarının giriş-çıxış bloklarında, lift kabinalarında, həyətlərdə və yaşayış məhəllələrində, oradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici işlər görülür.

Eyni zamanda, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sakinlərə, ilk növbədə, virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.

Həftəsonu isə paytaxtdakı əsas küçə, prospekt və yollarda genişmiqyaslı dezinfeksiya tədbirlərinin aparılması planlaşdırılıb.

Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşları pandemiyadan qorumaqdır. Pandemiyadan xilas olmaq üçün vətəndaşlarımız, ilk növbədə, vaksinasiya olunmalı, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etməli, qapalı məkanlarda tibbi maskadan istifadə etməli və sosial məsafə saxlamalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti