...

Gəncədə küçə və prospektlər dezinfeksiya olunub (FOTO)

Gündəm Materials 14 Avqust 2021 15:42 (UTC +04:00)
Gəncədə küçə və prospektlər dezinfeksiya olunub (FOTO)

Bakı. Trend:

Gəncədə ümumşəhər iməcliyi keçirilib, küçə və prospektlərdə dezinfeksiya işləri aparılıb.

Trend-in məlumatına görə, səhər saatlarından başlayaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə Gəncənin əsas küçə və prospektləri xusisi dezinfeksiyaedici məhlulla yuyulublar. Buna paralel olaraq, park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlarda, habelə əhalinin sıxlıq təşkil etdiyi digər ərazilərdə dezinfeksiya işləri görülüb. Çoxmənzilli yaşayış binalarının ətrafında, həyət, giriş qəfəsləri və liftlərində də tibbi-profilaktiki tədbirlər həyata keçirilib.

COVİD-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.

Bu gün eyni zamanda Gəncədə ümumşəhər iməcliyi keçirilib. İməclik şəhərin giriş-çıxışlarındakı, mərkəzi küçə və prospektlərindəki yaşıllıq zolaqlarında, habelə park və xiyabanlarında təşkil edilib.

Səhər saatlarında baş tutan iməclik zamanı sözügedən ərazilərdəki qurumuş otlar biçilib, ağacların dibləri bellənərək, suvarılıblar. Bundan başqa ərazi xəzəllərdən, kağız, sellofan torba və plastik butulka kimi məişət tullantılarından təmizlənib.

Qeyd edək ki, ümumşəhər iməcliyində Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, habelə tələbə və gənclər aktiv iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti