...

İstirahət günləri küçədə 12 koronavirus xəstəsi aşkarlanıb

Gündəm Materials 23 Avqust 2021 12:23 (UTC +04:00)
İstirahət günləri küçədə 12 koronavirus xəstəsi aşkarlanıb

Bakı. Samir Əli - Trend:

21 və 22 avqust tarixlərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti